Bakıda xəstəxananın həyətində avtomobilin üzərinə AĞAC DÜŞDÜ - FOTO
    • 4-02-2020, 16:46
    • 700

Bakıda xəstəxananın həyətində avtomobilin üzərinə AĞAC DÜŞDÜ - FOTO

Bakı şəhəri, Nəsimi rayon ərazisində nəqliyyat vasitəsinin üzərinə ağac aşıb.

1 saylı Şəhər Kliniki Xəstəxanasına ("Semaşko") məxsus olan ərazidə ağac qırılıb və Elnur Bəylərovun park etdiyi BMV markalı 99-RG-932 dövlət qeydiyyatı nömrə nişanlı avtomobilin üzərinə düşüb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Daha sonra E.Bəylərov hadisə ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma İdarəsinə və Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinə (MKTB) məlumat verib. /report/