Bakıda uşağın boğazına qaçan qəpiyi çıxartmaq üçün həkim pul istədi
    • 5-02-2020, 00:08
    • 1 096

Bakıda uşağın boğazına qaçan qəpiyi çıxartmaq üçün həkim pul istədi "Pul ver çıxaraq"

İdman jurnalisti Səxavət Qurbanovun övladının başına bədbəxt hadisə gəlib.

News24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb. Belə ki, Səxavət Qurbanovun övladının qida borusuna qəpik gedib. Uşaq təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Həkimlər 450 manat qarşılığında uşağı palataya yerləşdirib, ardınca da iynə ilə yatızdıraraq qəpiyi xüsusi aparatla çıxarmağı təklif ediblər. 

Uşağın atası qəpiyin nəfəs borusunda yox, qida borusunda olduğunu bildirdikdə isə həkim "Məsləhətləş, pulu düzəldə bilirsənsə gəl çıxardaq" deyib.