Azərbaycanda gəlini aparan maşın qəzaya düşdü - Yaralananlar var - FOTO
    • 9-09-2018, 16:22
    • 1 182

Azərbaycanda gəlini aparan maşın qəzaya düşdü - Yaralananlar var - FOTO

Mingəçevir şəhərində içərisində toya hazırlaşan gəlinin də olduğu maşın qəzaya düşüb.

Nəsimi və Nərimanov küçələrinin kəsişməsində “Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub.

 Avtomobilinin sürücüsü və bir qadın sərnişin xəsarət alıb.Yaralılar xəstəxanaya aparılıb.

Minik avtomobilində toya hazırlaşan şəhər sakinləri, o cümlədən gəlin olub. Xoşbəxtlikdən gəlin qəzadan xəsarətsiz ötüşüb.

Qəza zamanı xəsarət olanlardan biri "Mercedes"in sürücüsü və eyni zamanda bəyin xalası oğlu olan 1992-ci il təvəllüdlü Tahir İsmayılov, digəri isə gəlinin 1970-ci il təvəllüdlü qayınanası Hicran Məmmədovadır.

Hadisə gəlin toy məclisi üçün bəzədilməkdən gətirilirmiş.