Kütləvi davada adamı bıçaqladılar
    • 5-02-2020, 21:28
    • 755

Kütləvi davada adamı bıçaqladılar

Göygöl rayonunda həmkəndlilər arasında dava düşüb.

News24.az xəbər verir ki, hadisə rayonun Molla Cəlilli kəndində qeydə alınıb. 44 yaşlı Asif Abdıyev həmkəndliləri tərəfindən bıçaqlanıb.

Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib və əməliyyat edilib. İlkin məlumata görə A.Abdıyev həmkəndliləri ata və oğul tərəfindən döyülüb və bıçaqlanıb.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsinə məlumat verilib, araşdırma başlanılıb.