Dərmana görə qonşu qadını xəstəxanalıq etdi
    • 19-12-2019, 00:50
    • 860

Dərmana görə qonşu qadını xəstəxanalıq etdi

Göygöl rayonunda qadınlar arasında dava düşüb.
News24.az xəbər verir ki, rayonun Yeni Qızılca kəndində qeydə alınan hadisə nəticəsində Könül Qurbanova adlı şəxs xəsarət alıb.
İlkin məlumata görə adıçəkilən şəxs qonşuluqda yaşayan qadın tərəfindən döyülüb. Səbəb alınan dərmanın qaytarılması olub.
Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.