Hər kəsi xəbərdar etsə də, özü koronavirusdan öldü
    • 6-02-2020, 23:19
    • 891

Hər kəsi xəbərdar etsə də, özü koronavirusdan öldü

Çinin Uxan şəhərindən olan həkim Li Venlyan koronavirusdan ölüb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, 2019-cu ilin dekabrında məhz o ilk dəfə virusla bağlı insanlara xəbərdarlıq etməyə başlamışdı.

Buna görə polis orqanları ona əhali arasında panika yaymaması ilə bağlı xəbərdarlıq da etmişdi.

Nəticədə həkim özü də bu xəstəliyə yoluxaraq həyatını itirib.

Li Venlyanın ölüm xəbərini Çin Kommunist Partiyasının rəsmi orqanı sayılan “Jenmin Jibao” da təsdiqləyib.