-
- 7-02-2020, 10:44
- 1 171
Seçki günü təcili yardım gücləndirilmiş REJİMİNDƏ İŞLƏYƏCƏK
Azərbaycanda fevralın 9-da keçirilməsi nəzərdə tutulan parlament seçkilərində təcili yardım gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) News24.az-a bildirilib ki, böyük seçki məntəqələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadaları işləyəcək.
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bütün işçiləri iş başında olacaq. Cədvəllər tərtib olunub, dairə və məntəqə seçki komissiyalarında çalışanların, eləcə də vətəndaşların sağlamlığının qorunması, çağırışların dərhal icra olunması üçün operativ həkim briqadaları yaradılıb. "Hər bir çağırışa çevik cavab veriləcək", - TƏBİB-dən əlavə olunub.