-
- 9-02-2020, 14:54
- 1 083
Seçki ilə bağlı sosial şəbəkələrdə yayılan bütün məlumatlar araşdırılacaq
Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
News24.az-ın məlumatına görə, R.Qasımov həmin görüntülərin araşdırıldığını deyib:
“Sosial şəbəkələrdə yayılan görüntüləri bir neçə mənbədən təhlil edirik”,- deyə R.Qasımov əlavə edib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə seçkilərlə bağlı neqativ və ya pozitiv məlumatların yayılması seçkinin şəffaflığını göstərir.
MSK rəsmisi əlavə edib ki, seçkidə neqativ halların olması normaldır:
“Şəffaflıq prosesin açıq olmasının birinci göstəricisidir. Cəmiyyətin seçkiyə həddindən artıq marağı var”.
Qeyd edək ki, sosial şəbəkələrdə seçki saxtakarlıqlarının olduğu bildirilir.