Ən aktiv Şərur-Sədərək, ən passivi isə Yasamaldır
    • 10-02-2020, 02:18
    • 1 097

Ən aktiv Şərur-Sədərək, ən passivi isə Yasamaldır

Milli Məclisə seçkilərdə aktiv və passiv seçki dairələri açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib. Onun sözlərinə görə, ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. Bu dairədə 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər) seçici fəallığı qeydə alınıb.

Ən passiv dairə 17 saylı Yasamal üçüncü seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 17,84 % (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.