Ronaldadan daha bir tarixi rekord
    • 11-01-2025, 15:56
    • 137

Ronaldadan daha bir tarixi rekord

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb.

News24.az xəbər verir ki, "Əl Ohdud"la oyunda (3:1) 42-ci dəqiqədə penaltidən qol vuran 39 yaşlı portuqaliyalı ulduz ardıcıl 24-cü təqvim ilində fərqlənib. O, tarixdə bunu edən ilk futbolçu olub.

Kriştiano ilk dəfə 2002-ci ildə "Sportinq"də qol vurub. Portuqaliya millisinin üzvü "Mançester Yunayted", "Real" və "Yuventus"da çıxış edərək bu seriyanı davam etdirib.

Qeyd edək ki, Ronaldonun hazırda rəsmi oyunlarda 917 qolu var. (Publika.az)