7 seçki dairəsində lider namizəd müəyyənləşmıyib- MƏZAHİR PƏNAHOV
    • 10-02-2020, 09:10
    • 2 352

7 seçki dairəsində lider namizəd müəyyənləşmıyib- MƏZAHİR PƏNAHOV

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə 7 seçki dairəsində lider namizədlər müəyyənləşməyib.

News24.az xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açıqlayıb. Həmin seçki dairələri üzrə lider namizədlər yaxın saatlarda açıqlanacaq.

Beləliklə, hələlik aşağıdakı seçki dairələri üzrə lider namizədlər müəyyənləşməyib: - 17 saylı Yasamal Üçüncü Seçki Dairəsi - 35 saylı Xətai Üçüncü Seçki Dairəsi  - 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi - 44 saylı Sumqayıt-Xızı Seçki dairəsi  - 77 saylı Astara Seçki Dairəsi - 123 saylı Kəlbəcər Seçki Dairəsi  - 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi