Prezident MDB müşahidəçilərinin iştirakına görə minnətdarlığını bildirdi
    • 10-02-2020, 20:38
    • 856

Prezident MDB müşahidəçilərinin iştirakına görə minnətdarlığını bildirdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da MDB-nin müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminskini qəbul edib.

News24.az xəbər verir ki, görüşdə Azərbaycanda keçirilən parlament seçkilərində xeyli sayda müşahidəçinin iştirak etməsinin önəmi vurğulandı, MDB-dən olan müşahidəçilərin seçkilərin yüksək səviyyədə təşkil olunduğu, qanun pozuntusunun qeydə alınmadığı, bütövlükdə seçki prosesinin şəffaf, demokratik və rəqabətlilik prinsipi şəraitində, Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə keçirildiyi bildirildi.

Prezident İlham Əliyev Azərbaycanda keçirilən parlament seçkilərində MDB müşahidəçilərinin iştirakına görə minnətdarlığını ifadə etdi.

Söhbət zamanı ölkəmizdə keçirilən parlament seçkilərinin Azərbaycanda bütün sahələri əhatə edən genişmiqyaslı islahatların tərkib hissəsi olduğu qeyd edildi, Azərbaycan dövləti tərəfindən bu seçkilərin ədalətli və demokratik şəraitdə keçirilməsi üçün hər cür şəraitin yaradıldığı vurğulandı.