-
- 9-02-2020, 10:30
- 1 351
Seçkilərinin azad və şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb - HÜSEYN PAŞAYEV
Azərbaycanda parlament seçkilərinin azad və şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Hüseyn Paşayev deyib.
H.Paşayev bildirib ki, seçkilərin keçirilməsi elan olunduğu gündən MSK Seçki Məcəlləsinə uyğun olarq bütün zəruri tədbirləri yerinə yetirib: “Bu gün səhər saat 08:00-dan seçki məntəqələri seçicilərin səs verməsi üçün açılıb. Hər kəs məntəqələrə gəlib sərbəst şəkildə istədiyi namizədə səs verə bilər. Seçki məntəqələrində yaradılan şərait seçkilərin yüksək səviyyədə keçirilmsinə tam imkan verir. Azərbaycanın artıq kifayət qədər demokratik seçki təcrübəsi mövcuddur”.
MSK üzvü bildirib ki, builki seçkilər öz aktiviliyi ilə əvvəlki seçkilərdən xeyli fərqlənir: “Bu il seçkilərdə iştirak edən namizədlərin sayı indiyə qədər keçirilən seçkilərdəki namizədlərin sayından xeyli çoxdur. Eyni zamanda, cəmiyyət də seçkiyə böyük maraq var. Bundan əlavə, seçkilərdə beynəlxalq müşahdəçilərin, eyni zamanda onların təmsil etdiyi ölkələrin və təşkilatların sayı da xeyli artıb, dünyanın 58 ölkəsindən və 59 beynəlxalq təşkilatdan olan müşahidəçilər seçkilərdə iştirak edir. Bu, beynəlxalq aləmdə ölkəmizə olan marağın göstəricisidir”.
Namizədlərin seçkiqabağı təşviqat kampaniyasına toxunan H.Paşayev bildirib ki, builki seçkilər təşviqat mərhələsində də əvvəlki seçkilərdən fərqləndi: “Namizdələrin seçiciləri ilə görüşlər keçirməsi üçün MSK tərəfindən 256 açıq və qapalı yer müəyyən edildi. Namizədlər ən ucqar kəndlərdə belə seçiciləri ilə müntəzəm görüşlər keçirdi. Seçicilər də görüşlərdə aktiv şəkildə iştirak etdilər. Bütün bunlar seçkilərə böyük marağın olması ilə yanaşı, Azərbaycanda demokratik inkişafın bariz nümunəsidir”. /Teleqraf.com/
Müəllif: Teleqraf.com