Məşhur müğənni jurnalistləri aldatmaq istədi, amma yalanı ÜZƏ ÇIXDI
    • 11-02-2020, 12:01
    • 1 282

Məşhur müğənni jurnalistləri aldatmaq istədi, amma yalanı ÜZƏ ÇIXDI

Altı ay öncə model Kloe Loqnandan boşanan Serdar Ortaç ötən gecə İstanbul Bebekdə yeni sevgilisi ilə görüntülənib.
 
News24.az Türkiyə mediasına istiandən xəbər verir ki, Ortaçın yeni sevgi macərası mətbuat nümayəndələrini görmədiyi əsnada arxaya çevrilərək "Gəl, həyatım, kimsə yoxdur" deməsi ilə ortaya çıxıb. 
 
Belə ki, 3 saat olduqlarıı məkandan öncə çıxıb ətrafı yoxlayan S. Ortaç arxaya dönərək "Gəl, həyatım kimsə, yoxdur, rahat ol" deyib. Daha sonra jurnalistləri görən qadın üzünü gizlətməyə çalışıb. Ortaç isə jurnalistlərin "Yeni münasibətiniz xeyirli olsun" sözlərinə "Avtomobil, hə, avtomobilim yenidir, gözəl deyilmi?" - deyə özünü  bilməzliyə vurub.
 
Sevda Bayramova