Birinci sinfə şagird qəbulu qaydası DƏYİŞDİRİLİR
    • 12-02-2020, 10:04
    • 523

Birinci sinfə şagird qəbulu qaydası DƏYİŞDİRİLİR

Bu ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və I sinfinə qəbul Azərbaycan vətəndaşı olan uşaqlar üçün mütləq olaraq şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün xarici pasport, vətəndaşlığı olmayanlar üçün miqrasiya vəsiqəsi əsasında həyata keçiriləcək.

News24.az xəbər verir ki, bu barədə Təhsil Nazirliynin “Telegram” səhifəsində  məlumat verilib.

Belə ki, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, dövlət informasiya sistemlərində məlumat mübadiləsi şəxsiyyət vəsiqələrinin fərdi identifikasiya nömrələri (FİN) əsasında həyata keçirilməlidir.