Azərbaycanlı qadın ərini döyə-döyə öldürdü
    • 10-09-2018, 19:00
    • 768

Azərbaycanlı qadın ərini döyə-döyə öldürdü

Bir neçə ay öncə Bakıda ailə münaqişəsi zəminində baş vermiş cinayət işi üzrə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirilib.

İttihama görə, hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb. 23 yaşlı Tünzalə Vəliyeva aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 28 yaşlı Nazim Vəliyevin başına meyvə qabını çırpıb.

Nəticədə Vəliyev yerə yıxılıb. Bundan sonra qadın qaz balonunu bir neçə dəfə ərinin başına vuraraq, onu öldürüb. Hadisəni törədən Tünzalə Vəliyeva saxlanılıb. Cütlüyün birgə nikahdan iki övladı var. Hadisə vaxtı uşaqlar da evdə olub.
news24.az