-
- 13-02-2020, 09:19
- 1 160
Çindən gələn bir nəfər yüksək hərarətlə xəstəxanaya yerləşdirildi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumat yayıb.
Səhiyyə Nazirliyindən News24.az-a verilən məlumata görə, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə fevral ayının 12-si saat 17:30-da 1 nəfər yerləşdirilib.
Xəstəxanaya yerləşdirilən 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Pekində təhsil alan tələbədir. Pekindən Abudabi şəhərinə, fevral ayının 12-si isə Abudabidən Bakıya gəlib. Heydər Əliyev adına hava limanına daxil olduqda hərarəti normadan bir qədər yüksək olub. Yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hərarəti normaya uyğundur, səhhətində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir.
Xəstəlik alovlanan ərazidən gələnlər isə, məlumat verdiyimiz kimi, xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Onların bir hissəsi karantin müddətin bitdiyindən evlərinə buraxılıblar. Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalanların sahhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onların da evlərinə buraxılacaqları gözlənilir