-
- 24-02-2020, 21:07
- 1 444
Azərbaycanda iki nəfər xəstəxanaya yerləşdirildi- Son dəqiqə!
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
News24.az xəbər verir ki, bəyanatda bildirilib ki, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün iki nəfərin yerləşdirilməsi barədə artıq məlumat verilib.
Hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur. Heç bir şikayətləri yoxdur. Həkim müşahidələri davam edir.
İrandan Azərbaycanın Astara rayonuna gələn daha iki nəfər isə xüsusi ayırılmış tibb müəssəsinə yerləşdirilib.
Onlar 1983-cü il təvəllüdlü Xaçmaz və 1981-ci il təvəllüdlü Quba rayon sakinləridir. Hər iki şəxs İranın xəstəlik qeydə alınmayan ərazisindən gəliblər. Xəstə insanlarla ünsiyyətdə olmayıblar. Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan bir qədər yüksək olub. Bu səbəbdən də onlar həkim müşahidəsi üçün xüsusi ayrılmış tibb müəssisəsinə yerləşdiriliblər.
Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur. Səhhətlərində hər hansı bir problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.