Mehriban Əliyeva Azərbaycan yığmasını TƏBRİK ETDİ
    • 13-02-2020, 12:28
    • 3 061

Mehriban Əliyeva Azərbaycan yığmasını TƏBRİK ETDİ

Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında uğur qazanan güləşçiləri təbrik edib. 

News24.az xəbər verir ki, bu barədə Azərbaycan I vitse-prezidenti Mehriban Əliyeva “İnstagram”da paylaşım edib. 

Təbrik mesajında bildirilib ki, yunan-Roma güləşi üzrə Azərbaycan yığması böyük uğura imza atıb: “İdman sahəsində növbəti böyük uğurumuz! İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixində ilk dəfə 6 medal qazanaraq komanda hesabında ikinci yerdə qərarlaşıb. Bu möhtəşəm qələbə sevincini Azərbaycan xalqına yaşadan idmançılarımızı - qızıl medal sahibləri Sənan Süleymanovu və Rafiq Hüseynovu, bürünc medal sahibləri Eldəniz Əzizlini, Murad Bazarovu, Ülvi Qənizadəni və İslam Abbasovu və onların məşqçilərini səmimi-qəlbdən təbrik edir, onlara yeni-yeni nailiyyət və qələbələr arzulayıram!

Romada Azərbaycanı təmsil edən yunan-Roma güləşi üzrə heyətimiz:

Baş məşqçi - Aleksandr Tarakanov

Böyük məşqçi - Rövşən Bayramov

Şəxsi məşqçilər:

Sənan Süleymanovun (qızıl medal, 77 kq) məşqçisi Azər Hüseynov

Rafiq Hüseynovun (qızıl medal, 82 kq) məşqçisi Radik Huseynov

Eldəniz Əzizlinin (bürünc medal, 55 kq) məşqçisi Turac Hüseynli

Murad Bazarovun (bürünc medal, 60 kq) məşqçisi Vaqif Feyzullayev

Ülvi Qənizadənin (bürünc medal, 72 kq) məşqçisi Elnur Müzəffərov

İslam Abbasovun (bürünc medal, 87 kq) məşqçisi Bahadur Həziyev”.