Güləşçilərdən növbəti qızıl medallar

Güləşçilərdən növbəti qızıl medallar İdman
XV Avropa Gənclər Olimpiya Festivalında güləş idman növü üzrə yarışan idmançılar növbəti uğura imza atıblar. 

News24.az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşçisi Qurban Qurbanov qızıl medal əldə edib.

Digər güləşçi Həsrət Cəfərov da final görüşündə Rusiya təmsilçisi Maqomed Qiqiyevə qalib gələrək qızıl medala sahib olub. Bununla da Azərbaycan güləşçiləri yarışlarda 4 qızıl medal qazanıblar.

Qeyd edək ki, dünən sərbəst güləşdə Murad Haqverdiyev qızıl, Əbülfəz Nəsirov gümüş medal qazanıb. Yunan-Roma güləşçilərindən Fərid Sadıxlıqızıl, Nihat Məmmədli bürünc medal əldə edib.