Göyçayda 23 yaşlı oğlan İTKİN DÜŞDÜ
    • 14-02-2020, 16:44
    • 1 485

Göyçayda 23 yaşlı oğlan İTKİN DÜŞDÜ

Göyçayda 23 yaşlı oğlan itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, Göyçay rayonu Potu kənd sakini, 1997-ci il təvəllüdlü Ramiz Hacıyev  yanvarın 16-da  yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. 

Evdən çıxarkən əynində cins şalvar,  qırmızı köynək və qara  rəngli gödəkçə  olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Göyçay Rayon  Polis Şöbəsinə 020-274-42-91 şəhər və (050) 774-04-91 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.