46 yaşlı kişi İTKİN DÜŞDÜ
    • 14-02-2020, 16:48
    • 1 696

46 yaşlı kişi İTKİN DÜŞDÜ

Göyçay sakini itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, Göyçay şəhər  sakini, 1974-cü il təvəllüdlü Tərlan İsgəndərov  fevralın 3-də  yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. 

Evdən çıxarkən əynində tünd yaşıl rəngli gödəkçə, cins şalvar və qara rəngli ayaqqabı  olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Göyçay Rayon  Polis Şöbəsinə 020-274-42-91 şəhər və (050) 774-04-91 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.