-
- 11-09-2018, 13:49
- 2 715
Azərbaycandan qalmaqalla köçən aparıcı: “Televiziyaya qayıtmaq maraqlı deyil”
“Space” TV-nin keçmiş və qalmaqallı aparıcısı İdris Cəfərov maraqlı açıqlamalar edib.
Bir çox xarici ulduzların menecerliyini edən İ.Cəfərov News24.az saytına hazırkı fəaliyyətindən və bu illər ərzində gördü işlərdən danışıb:
“Məşhur müğənnilər Seeya və Oceananın Azərbaycan, Türkiyə və Ukrayna üzrə müqavilələri məndədir. Onlarla rəsmi nenecer kimi çalışıram.
Həmçinin “Djafarov Creative” şirkətimiz də var ki, çəkilişlərlə məşğuluq. Həmçinin çəkilən kliplərin ideyası və daha sonra abunəsi milyonlarla olan YouTube kanalında yerləşdirilməsi, PR olunması da şirkətimizə aiddir. Bu vaxta kimi 20-dən çox xarici sənətçini Azərbaycana gətirmişik”.
Uzun zamandır ölkə xaricində yaşayan İdris Cəfərov televiziyaların hazırkı vəzyyətindən də söz açıb:
“Mən artıq 5 ildir ki, Azərbaycanda yaşamıram. Televiziyanın baxımlılığı aşağı düşüb. Bu mənim subyektiv fikrim deyil. Bunu reytinq agentliyinin veridyi nəticədir. Bu əhalənin cəmi 40%-i yerli telekanalları izləyir. Bu da məcburiyyətdən irəli gəlir.
Hazırda televiziya layihəsi ilə bağlı Bakıdayam və dekorasiya hazırlığı işləri gedir. Layihə prodakşın olaraq təqdim ediləcək.
Tam olaraq televiziyaya qayıtmaq maraqlı deyil. Sanki okeandan gəlib, özünü akvariuma salırsan. Çünki zaman inkişaf edir və insan yaşlandıqca vaxtına daha çox qənaət edir. İnsan az vaxtda çox iş görmək istəyir. Buna görə də özümü hansısa telekanala bağlamaq istəmirəm.
Prodüser olaraq isə bir özümü bir müğənniyə bağlamıram. Təbii ki, səsini Biləcəridən o tərəfə çatdırmaq , musiqisini inkişaf etdirmək istəyən gənclərə dəstək oluram”.
O, tezliklə qeyri-adi insanlarla bağlı layihəsini həyata keçirəcəyini dilə gətirib:
“Televiziya lahəsindən əlavə bir maraqlı işə də imza atırıq. Azərbaycanın rekordlar kitabını 2019-cu il üçün çap edəcəyik. Bu da mənim ideyamdır. Fikrimiz isə istedadsız insanın olmadığını göstərməkdir. Çünki kimsə hansısa bir xüsusiyyətinə görə mütləqdir ki, digərindən fərqlənir. Bu da daxili layihədir.
Rekord dedikdə söhbət hər hansısa bir bacarıq nəzərdə tutulmur. Misal üçün ən yekə başın sahibi, bir oturuma 5-10 dönər yeyə bilən və s. Yəni statistika ilə qeyri-ənənəvi insanların bir araya toplayacağıq.
Bu həm də həmvətənlərimizin “Ginnesin rekordlar kitabı”na düşməsinə ilk addımdır”.
Qeyd edək ki, İdris Cəfərov 2 həftə öncə müğənni Yaşar Cəlilovun toy məclisinə də qatılıb. Aparıcının fotolarını təqdim edirik:
Teymur Məmmədov
FOTO: Nurlan Gülməmmədov