Təəccüblü məqam- Azərbaycanda mülki şəxs polis geyimində rüşvət tələb edir- VİDEO
    • 11-09-2018, 14:14
    • 815

Təəccüblü məqam- Azərbaycanda mülki şəxs polis geyimində rüşvət tələb edir- VİDEO

Bakı-Qazax-Şəmkir magistral yolunda ağlasığmaz mənzərə yaşanır.

Bu yola nəzarət edən 724 saylı stasionar DYP postunun 200 metrliyində mülki şəxs polis formasında sürücüləri saxlayır.

Bu “polis əməkdaşı” sürücülərdən sənədləri tələb edir, yoxlayır və yol hərəkəti qaydalarını “pozduqları” üçün pul tələb edir. Sürücülərə özünü Hüseynov Cəfər Qurban oğlu kimi təqdim edən bu şəxs saxladığı sürücülərdən pul tələb edir.

Sürücülərdən birinin göndərdiyi videoda polis forması geyinmiş bu şəxsin rüşvət aldığı görüntülənir.

Qəribəsi budur ki, DYP postunun 200 metrliyində yaşanan bu qanunsuzluqdan polis doğurdanmı xəbərsizdir?

Məsələ ilə bağlı DİN və DYP-nin mövqeyini də dərc etməyə hazırıq.

Avropa.info