-
- 11-09-2018, 15:15
- 2 579
AMEA-nın Aspirantlar Yataqxanası sakinlərinin Prezident Administrasiyasına açıq məktubu
AMEA-nın Aspirantlar Yataqxanasında yaşayan bir qrup sakin şikayətlərini News24.az redaksiyasına göndərib. Açıq məktub formasında yazılmış həmin müraciəti diqqətinizə çatdırırıq:
Hörmətli Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərliyi və səlahiyyətli nümayəndələri! AMEA rəhbərliyinin və AMEA mənzil komissiyasının qanunsuz əməlləri, 120 mənzildən ibarət bütöv bir binanın mənimsəməklə qanunlara və sakinlərin qanuni hüquqlarını nəzərə almadan, məhəl qoyulmadan 50-dən çox yataqxana sakinini əsassız bəhanələrlə qəsdən evsiz qoymaları haqqında dəfələrlə sizlərə teleqramlarla, çoxsaylı məktublarla müraciət etmişik, dəfələrlə nümayəndələrimiz sizlərin qəbulunda olub. Bizim nümayəndələrin qanuni sənədlərlə, çoxsaylı faktlarla törədilmiş saxtakarlıqları, mənimsəmə hallarını, qanunsuz əməlləri sübut etmələrinə baxmayaraq, AMEA-ya heç bir təsir edə bilməmisiniz və bizə tövsüyəniz o olub ki, məhkəməyə müraciət edək. Bizim nümayəndələr də AMEA rəhbərliyinin məhkəməyə də təzyiq göstərəcəyini, məhkəmənin də onların xeyrinə qərarlar çıxaracağını dedikdə belə bir halın ola bilməyəcəyini deyirdiniz. Bu da sübut.
Hüquqları pozulmuş bir neçə yataqxana sakinləri tək halda və ya bir neçə nəfərdən ibarət qrup halında Səbail rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdilər. AMEA-da prezident seçkiləri yaxınlaşdığına görə vaxtı uzatmaq üçün Səbail rayon məhkəməsi işi Yasamal rayon məhkəməsinə göndərdi. Cavabdehin təkidi ilə (?) işlər baxılmaq üçün yenidən Səbail rayon məhkəməsinə göndərildi. Nəhayət AMEA-da prezident seçkiləri qurtardıqdan sonra məhkəmələrin ötür-ötür oyunu da qurtardı və Səbail məhkəməsində iddialara baxılmağa başlandı.
0,5 ştatla AMEA-da işləyən və əvvəlki bölgüdə mənzil verilmiş, lakin sonradan əsassız olaraq mənzili əlindən alınaraq yataqxana sakini olmayan Sənan adlı şəxsə verilmiş Dadaşova Kəmalənin əlindən alınmış mənzilinin qaytarılması iddiası ilə məhkəməyə müraciətindən sonra mənzil komissiyası yerdə qalan yarımştat işçilərə (ilkin bölgü zamanı mənzil verilmiş, lakin sonradan əllərindən alınaraq yataqxana sakini olmayan başqa şəxslərə verilmiş yataqxana sakinlərinə) tələsik “mənzil” verməyə başladı. Onlara verilən mənzilləri haradan tapdılar? Şirkətin satış məqsədi ilə özü üçün tikdirdiyi binaların mansardını (yəni çardağını) onlara mənzil adı ilə verdilər. Bəlkə bunu da qanun pozuntusu hesab etmirsiniz? Əgər bu şəxslərin mənzil almaq hüququ var idisə (əlbəttə var idi), onda onlara verilmiş mənzillər nə üçün əllərindən alınaraq aidiyyatı olmayan şəxslərə verildi?
Keçək məhkəmə məsələsinə. Hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilmiş məhkəmə prosesində AMEA-nın nümayəndəsi S.Əliyev əvvəlcə doğru ifadələr verməmiş, şikayətçinin sübutlarından, vəkilin və hakimin xəbərdarlığından sonra törətdikləri qanuna zidd əməlləri etiraf etmiş, qanun pozuntularının törədilməsində ona başqalarının, xüsusilə komissiya sədrinin təsir etdiyini bildirmişdir. Məhkəmə prosesi zamanı məlum olmuşdur ki, mənzil komissiyası ilkin püşkatmanın protokolunu, mənzil verilmiş sakinlərin əllərində verilmiş mənzilin nömrəsi tutularaq çəkdirilmiş fotoşəkilləri, eləcə də digər sənəd və sübutları məhv etmişlər (?!). Məhkəmə prosesinin ilk günündə AMEA rəhbərliyinin və AMEA mənzil komissiyasının qanuna zidd əməlləri üzə çıxarılaraq ifşa edilmiş, həmin sakinin mənzilinin əlindən alınmasının qanunsuz olduğu aydınlaşdırılmışdır. Lakin növbəti məhkəmə iclasında verilən (aydındır ki, AMEA rəhbərliyinin məhkəməyə hərtərəfli təzyiqi nəticəsində) qərar hamını heyrətə gətirrmişdir. Məhkəmənin qərarına görə sübutlar əldə olmadığı üçün (aydındır ki, məhv edildiyi üçün) iddia təmin edilmir! Vallah dəhşətdir!
Iyul ayında keçirilən məhkəmə prosesində isə Balayev Valehin və Abdullayeva İradənin iddiasına baxılmışdır. Bu prosesdə də çoxsaylı sənədlər və sübutlarla AMEA mənzil komissiyasının (aydındır ki, həm də indiki AMEA rəhbərliyinin) törətdikləri saxtakarlıqlar, onların qanunazidd əməlləri ifşa edilmiş, sakinlərin əlindən mənzillərinin alınmasının qanunsuz olduğu müəyyən edilmişdir. Müqavilənin şərtlərinə görə bu sakinlərin Şərifzadə 12 ünvanında mənzillə təmin olunmalrı qeyd edilsə də, heç bir qanuni əsas olmadan onlara Masazır qəsəbəsində, həm də sahəsi əvvəlki mənzilin sahəsindən təqribən 1,5 dəfə kiçik olan mənzil verilib. AMEA nümayəndələri qeyd olunmuş faktlar qarşısında çox pis vəziyyətdə qalmışlar. Bu qədər sübutlardan sonra yenə də növbəti məhkəmə prosesində AMEA-nın xeyrinə qərar çıxarılmağa cəhd edilmiş, lakin şikayətçi sakinlərin çox gərgin və ciddi təsirindən sonra işin baxılmaq üçün İqtisad Məhkəməsinə göndərilməsi nəzərdə tutulmuşdur.
Məhkəmə işlərinə sentyabr ayında baxılacaq digər sakinlərin işinin nəticəsini də indidən təxmin efmək olar ki, sakinlərin haqlı olmalarına baxmayaraq, hakimlərə edilən təzyiqlər nəticəsində qərar AMEA-nın xeyrinə olacaq.
Hörmətli Aparat nümayəndələri, bu da bizim nümayəndələrin dəfələrlə sizlərə dediklərinin təstiqi. Məhkəmələr zamanı AMEA-nın və onun mənzil komissiyasının bütün qanunsuz işləri üzə çıxarılır, sakinlərin haqlı olduğu isbat olunur, nəticədə isə qanun pozuntusu törətmiş şəxslərin məsuliyyətə cəlb olunması, sakinlərin tələblərinin ödənilməsi əvəzinə, qanunu pozmuş tərəfin xeyrinə qərar çıxarılır. Bu da sizin ola biləcəyinə “inanmadığınız” (əslində isə bəlkə də belə olacağını əvvəlcədən biıdiyiniz) məhkəmə prosesləri.
“Dəyərli” məsləhətinizə görə çox sağ olun!
P.S. AMEA mənzil almış sakinlərin sentyabrın sonunadək (əvvəl avqustun axırınadək deyilirdi) yeni binaya köçmələrini tələb edir. Son vaxtlar belə söz-söhbət gəzir ki, köçən sakinlərin mənzillərinə, yəni bəlkə də sənədlərdə çoxdan sökülmüş yataqxananın boşaldılan mənzillərinə müqavilə ilə yeni sakinlər yerləşdiriləcək. Bu prosesin də arxasında hansı niyyətlərin gizləndiyi hələlik məlum deyil.
Çox güman ki, sizlər bu məlumatları möhtərəm prezidentimiz İlham Əliyevə çatdırmırsınız. Biz sizlərə ölkədə baş verən korrupsiya hadisələrindən biri haqqında məlumat vermişik, sizlər isə nə onu lazımi ünvana çatdırmırsınız, nə də prezidentlə görüşmək üçün bizlərə şərait yaratmırsınız. Axı bu sizlərin vəzifə borcunuzdur.
Sonda isə onu bildirmək istəyirik ki, məmurların bu cür qanuna zidd əməlləri, insanlara qarşı bu cür davranışları insanları hakimiyyətdən narazı salır, insanların qanunlara, Prezidentə inamını azaldır. Bu isə dövlətçiliyə, Heydər Əliyev kursuna birbaşa zərbədir.

Hörmətlə: AMEA Aspirantlar Yataqxanasının sakinləri