-
- 17-02-2020, 17:13
- 1 091
“Yüksəliş” müsabiqəsinin ilk onlayn imtahanı KEÇİRİLDİ
Fevralın 16-da “Yüksəliş” müsabiqəsinin Onlayn mərhələsinin Ümumi biliklər üzrə ilk imtahanı keçirilib. İmtahanda 7701 şəxs iştirak edib.
News24.az xəbər verir ki, onlardan 44 faizi Bakı şəhəri, 56 faizi regionların payına düşür. İmtahan saat 11:00 və 15:00 olmaqla iki növbədə təşkil olunub.
İmtahan tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, hüquq və iqtisadiyyat olmaqla 4 blok üzrə aparılıb. 84 sual üçün 2 saat vaxt ayrılıb. Hər fənn üzrə 21 sual təqdim olunub. Hər sual üçün çətinliyindən asılı olaraq 30-90 saniyə vaxt ayrılıb.
Onlayn mərhələnin ikinci hissəsi olan Qabiliyyət imtahanının testlərinin demo variantı fevralın 23-də təqdim ediləcək. Testlərin demo variantı tanışlıq xarakteri daşıdığından onların cavablandırılması tələb olunmur. Onlayn mərhələnin Qabiliyyət imtahanı isə martın 1-də keçiriləcək. Qabiliyyət imtahanı üzrə testlər 3 blok - abstrakt (mücərrəd) düşüncənin, rəqəmsal və verbal məlumatlarla işləmək bacarığının yoxlanılması üzrə aparılacaq.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.