-
- 17-02-2020, 22:37
- 1 008
Rusiyada azyaşlı qıza təcavüz edən azərbaycanlı taksi sürücüsü saxlanıldı
Rusiyanın paytaxtı Moskva şəhərində 15 yaşlı məktəbli qızı öpməyə çalışan taksi sürücüsü əməliyyatçılar tərəfindən saxlanılıb.
News24.az xəbər verir ki, doqquzuncu sinif şagirdi olan qız böyük bacısı və valideynləri ilə şəhər ətrafında yaşayır. Bir qayda olaraq, qız bacısı ilə birlikdə məktəbə taksi ilə gedirmiş. Ancaq fevralın 13-də bir qohum xəstə olduğu üçün qız tək getməli olub.
Saat 08:00-da taksinin ön oturacağında doqquzuncu sinif şagirdi olan qız, arxada isə başqa iki qadın oturub. Sükan arxasında Əsəd adlı 32 yaşlı Azərbaycan vətəndaşı olub. Əsəd Moskvada qeydiyyatsız, fərqli ünvanlarda yaşayıb. O, tanış azərbaycanlılardan taksi maşını götürərək pul qazanıb.
Sərnişinləri metroya çatdırdıqdan sonra sürücü nədənsə qəfildən maşından düşüb və məktəbli qızın ardınca gedib. O, gənc qızın paltarından tutub çəkməyə başlayıb, öpməyə cəhd göstərib. Küçədə çoxlu sayda insan olub, məktəbli qız qışqırıb və bu da sürücünü qorxudub. O, taksiyə minərək yola düşüb.
Təcavüzkar sürücü ertəsi gün tutulub. Polislər Əsədin şəxsiyyətini təyin edəndən sonra hava limanına tələsən bir müştəri adı ilə çağırıblar. Taksi sürücüsü aldanıb və Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci - “Cinsi xarakterli zorakı hərəkətlər” maddəsi ilə cinayət törətməkdə şübhəli bilinərək tutulub.