Pekində 6 günə qoruyucu maska istehsal edən FABRİK TİKİLƏCƏK
    • 18-02-2020, 11:05
    • 1 656

Pekində 6 günə qoruyucu maska istehsal edən FABRİK TİKİLƏCƏK

Pekin yeni tip koronavirus ilə əlaqədar artan tələbatı ödəmək üçün altı gündə sənaye binasını qoruyucu maskalar istehsal edən yeni fabrikə çevirməyi planlaşdırır.

News24.az xəbər verir ki, bu barədə "Sinxua" məlumat verib. Çin İnşaat Birinci Qrupu tərəfindən inşa edilən zavodun gündə 250 min maska istehsal edəcəyi gözlənilir.

Müəssisənin yenidən qurulması ötən gün başlayıb və şənbə günü başa çatacağı gözlənilir. İşçiləri mümkün koronavirus infeksiyasından qorumaq üçün  tikinti şirkəti gündəlik bədən istiliyini ölçəcək və xəstəlik əlamətləri olan işçiləri yerləşdirmək üçün yaşayış sahəsindən uzaq otaqlar ayıracaq.