Koronavirus kruiz gəmisini "batırdı" - ŞOK HADİSƏ
    • 18-02-2020, 16:11
    • 923

Koronavirus kruiz gəmisini "batırdı" - ŞOK HADİSƏ

Yaponiyanın Yokohama limanında karantində olan "Diamond Princess" kruiz gəmisində daha 88 sərnişində koronavirus aşkar edilib.

News24.az xəbər verir ki, bu barədə TASS, Yaponiya Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Bununla da "Diamond Princess"də koronavirus xəstəliyinə yoluxanların ümumi sayı 542-ə çatıb.

Qeyd edək ki, "Diamond Princess"in göyərtəsində 50 ölkədən təxminən 3,6 min nəfər var. Gəmi Yaponiyanın Yokohama şəhərini 20 yanvarda tərk etdi və fevralın 3-də geri döndü. Hong Kongda gəmidən enən sərnişinlərdən biri yoluxduqdan sonra gəmi karantinə alındı. Gəminin göyərtəsində olanlar arasında iki ukraynalıın olduğu məlumdur. Vəziyyətləri qənaətbəxşdir.