İcbari sığorta üzrə ən çox xidmət göstərən tibb müəssisələri AÇIQLANDI
    • 20-02-2020, 11:35
    • 851

İcbari sığorta üzrə ən çox xidmət göstərən tibb müəssisələri AÇIQLANDI

"Fevralın 15-ə olan məlumata görə 23 rayon üzrə tibb müəssisələrinə 381 482 nəfər müraciət edib. Orada 1 321 592 tibbi xidmət göstərilib". 

News24.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında keçirilən brifinqdə deyib. 

Onun sözlərinə görə, ən çox xidmət göstərilən tibb müəssisəsi Mingəçevir Şəhər və Yevlax Rayon Mərkəzi Xəstəxanası olub. 

Z.Əliyev qeyd edib ki, bu gün 5 ərazi tibbi bölməsi - Şək-Zaqatala, Bərdə - Yevlax, Quba- Xaçmaz, Göyçay- Kürdəmir və Dağlıq Şirvan fəaliyyətə başlayıb.

Afaq Mirayiq