Qadını ölümdən xilas etdi, təşəkkür əvəzinə....
    • 12-09-2018, 11:48
    • 1 103

Qadını ölümdən xilas etdi, təşəkkür əvəzinə....

 Rusiyanin Qorno Uralsk şəhərində maraqlı hadisə yaşanıb. Belə ki, qadın onu xilas edən şəxsə, təşəkkür etmək əvəzinə, təhqir edib.

News24.az xəbər verir ki, çayda boğulmaq üzrə olan  qadını 22 yaşlı İlya Alekseyev xilas edib.

İlk yardımdan sonra özünə gələn qadın xilas edən şəxsə “mən özümü öldürmək istəyirdim, niyə mane oldunuz, niyə burnunuzu başqasının həyatına soxursunuz”, deyərək, təhqir etməyə başlayıb.

İntihar etmək istəyən qadın psixoloji vəziyyəti sabitləşənə qədər xəstəxanaya yerləşdirilib.

Şəlalə Ağayeva