Daha bir məntəqənin nəticələri ləğv edildi
    • 21-02-2020, 21:02
    • 1 138

Daha bir məntəqənin nəticələri ləğv edildi

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 25 saylı Nizami birinci seçki dairəsindən daxil olan şikayətə baxılıb.

News24.az xəbər verir ki, bu dairədən namizəd Ramil Əbilov şikayətində səsvermə zamanı pozuntular olduğunu bildirib. Səsvermə nəticəsində həmin dairə üzrə 26 saylı seçki məntəqənin nəticələri etibarsız hesab edildiyi üçün ləğv edilib.

Qeyd edək ki, bu dairə üzrə lider YAP-ın namizədi, keçmiş deputat Sədaqət Vəliyevadır.