-
- 21-02-2020, 21:19
- 928
MSK bu dairədə 4 məntəqəni ləğv etdi
Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 22 saylı Nəsimi seçki dairəsindən daxil olan şikayətə baxılıb.
News24.az xəbər verir ki, bu dairədən namizəd Vüqar Məmmədov şikayətində səsvermə zamanı pozuntular olduğunu bildirib. Namizədin vəkili bildirib ki, məntəqə seçki komissiyalarından birinin sədri xarici ölkə vətəndaşıdır, amma MSK buna reaksiya verməyib. MSK sədri Məzahir Pənahov deyib ki, onlara göndərilən şikayətlərdəki bütün məsələlər araşdırılıb:
“Əgər bizim qərardan narazısınızsa, məhkəməyə müraciət edə bilərsiniz”.
Səsvermə nəticəsində şikayət qismən təmin edilib və həmin dairə üzrə 1, 11, 20 və 24 saylı məntəqələr pozuntular qeydə alındığı üçün nəticələr ləğv edilib. Qeyd edək ki, bu dairə üzrə lider keçmiş deputat Asim Mollazadədir. Şikayətçi Vüqar Məmmədov isə Azərbaycan Tibb Universitetinin məhkəmə təbabəti kafedrasının professorudur.