Hüseyn Abdullayevlə bağlı məhkəmə qərarı
    • 12-09-2018, 12:25
    • 992

Hüseyn Abdullayevlə bağlı məhkəmə qərarı

Nəsimi Rayon Məhkəməsində keçmiş deputat Hüseyn Abdullayevin həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb.

Hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, vəsatət təmin edilib, H.Abdullayevin həbs müddəti daha 3 ay uzadılıb.

News24.az