-
- 25-02-2020, 18:45
- 1 083
“Azərbaycan Türkiyənin haqq işini daim dəstəkləyir” - İLHAM ƏLİYEV
“Beynəlxalq arenada bütün məsələlərdə Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyir. Elə bir məsələ olmayıb və əminəm ki, olmayacaq ki, Azərbaycan öz dəstəyini Türkiyəyə göstərməsin”.
Bunu bu gün Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasından sonra mətbuata bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Dövlət başçısı deyib ki, hazırda bölgədə gedən proseslərdə Azərbaycan dövləti və Azərbaycan xalqı birmənalı şəkildə Türkiyə dövləti və Türkiyə xalqının yanındadır: “Bizim birliyimiz əbədidir. Bu möhkəm təməl üzərində biz öz gələcəyimizi qururuq. Ona görə də Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası xüsusi əhəmiyyətə malikdir. Çünki dünya miqyasında bir-birinə yaxın olan ölkələr bu gün öz gələcək iş birlikləri, əməkdaşlıqları barədə qərar qəbul ediblər”. /APA/