Bakı və Abşeronda müşahidə olunan toz-dumanın səbəbi - ETSN
    • 26-02-2020, 17:38
    • 972

Bakı və Abşeronda müşahidə olunan toz-dumanın səbəbi - ETSN

Hazırda Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı lokal xarakter daşıyır.

News24.az-ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ətraf Mühit üzrə Milli Monotorinq Departamentinin direktoru Ramal Bağırov bildirib.

Onun sözlərinə görə, buna səbəb dünənki külək nəticəsində atmosferin yuxarı qatına qalxmış tozun səhər saatlarında müşahidə olunan duman və nisbi rütubətin yüksək olması ilə əlaqədar atmosferin aşağı qatına enməsidir: "Hazırda tozun miqdarı sanitar normadan 2.6 dəfə çoxdur. Tozlu hava şəraitinin günün sonunadək müşahidə olunacağı ehtimal olunur".

Afaq Mirayiq