Bakıda kütləvi dava: YARALILAR VAR
    • 27-02-2020, 10:15
    • 819

Bakıda kütləvi dava: YARALILAR VAR

Bakıda kütləvi dava olub.

hadisə paytaxtın Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 559/560 ünvanının qarşısında baş verib. Kütləvi dava zamanı 1977-ci il təvəllüdlü keçmiş məhkum Cavadov Malik Ramin oğlu Bakı sakinləri - 1997-ci il təvəllüdlü Qəmbərli Fərid Xəqani oğlu və 1994-cü il təvəllüdlü Mustafayev İsmayıl Daşqın oğlunu bıçaqlayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində cinayət işi başlanıb./Trend/