-
- 28-02-2020, 13:20
- 1 132
Mart ayının HAVASI AÇIQLANDI
Mart ayında hava şəraitində keçid dövrünə xas olan tez-tez dəyişiklik müşahidə olunur. Ay ərzində ümumi temperatur rejiminin dəyişkən olmasına baxmayaraq, orta aylıq temperaturun iqlim normasına yaxın olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən News24.az-a verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 5-8 dərəcə isti (gecələr 5-10, gündüzlər 9-14, bəzi günlərdə 16-19 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normaya yaxın olacağı, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 20-27 mm) gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 9-14, bəzi günlərdə 18-20 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 22-44 mm) gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 1-4 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 15-18 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (42-52 mm) gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 6-8 dərəcə isti (gecələr 5-10 dərəcə isti, bəzi günlərdə 3 dərəcəyədək isti, gündüzlər 10-15, bəzi günlərdə 19-21 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (19-48 mm) gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 3-7 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 16-19 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 23-90 mm) gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Orta aylıq temperaturun 7-9 dərəcə isti (gecələr 5-10, gündüzlər 11-16, bəzi günlərdə 19-22 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 24-45 mm) gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 6-8 dərəcə isti (gecələr 4-9, gündüzlər 8-13, bəzi günlərdə 15-19 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 56-112 mm) gözlənilir.