Valideynlərin nəzərinə! - Uşaq bağçalarına elektron qəbul başlandı
    • 28-02-2020, 14:00
    • 786

Valideynlərin nəzərinə! - Uşaq bağçalarına elektron qəbul başlandı

Paytaxtın uşaq bağçalarına qəbulda yenilik edilib.

Başı Şəhəri İcra Hakimiyyətindən News24.az-a verilən məlumata görə, paytaxtın məktəbəqədər tərbiyə müəəssisələrinə uşaqların qəbulunda şəffaflığın  təmin edilməsi ilə bağlı ölkə başçısının verdiyi tağşırıqların icrası ilə əlaqədar uşaq bağçalarına uşaqların  qəbuluna dair elektron xidmətin yaradılması işləri başa çatıb. Valideynlər evdən çıxmayaraq, innovasion əlavənin köməyi ilə bağçalarda boş yerlər barədə asanlıqla məlumat əldə edərək öz övladını paytaxtın uşaq bağçalarından birinə qeydiyyata ala bilərlər. 

Burada pilot layihə kimi Nizami rayonu seçilib. On gün ərzində personalın hazırlanması və öyrədilməsi ilə bağlı uşaq bağçalarında treninqlər keçiriləcək, bundan sonra isə qəbulun başlanması barədə elan veriləcəkdir. Bu sistem mərhələli şəkildə Bakı şəhərinin bütün rayonlarında tətbiq ediləcəkdir. 

Hazırki layihənin ikinci mərhələsində istifadəçinin “Elektron kabinetinin” yaradılması nəzərdə tutulub. Valideynlər buradan gündəlik menyu, həmçinin yemək və təlim-tərbiyə prossesi barədə foto-video hesabatları da əldə  edə biləcəklər. Şəxsi “Elektron kabinet”in köməyi ilə valideynlərlə məktəbəqədər tərbiyə müəssisəsi arasında əlaqələr də sadələşəcəkdir. Arzu edənlər elektron formatda təkliflərini verə və müraciətin baxlıması prossesinə nəzarət edə bilərlər.

Əlavə olaraq Bakı Şəhər İcra Hakimiyyətindən bağçalarda təlim-tərbiyə prossesini əhatə edən yeni innovasion layihələr və yeniliklərin hazırlandığı da  bildirilmişdir.

Afaq Mirayiq