Bağçalarla bağlı YENİ QƏRAR - Bundan sonra...
    • 11-10-2019, 19:10
    • 1 064

Bağçalarla bağlı YENİ QƏRAR - Bundan sonra...

Bakıda körpələr evi-uşaq bağçaları, uşaq bağçalarında uşaqların qəbulu elektron qaydada həyata keçiriləcək.

News24.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi bununla bağlı elektron sistemin yaradılması üçün tender elan edib.

Tenderin qalibi “Evrodizayn” QSC olub. Bağlanmış müqaviləyə əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi elektron sistemin yaradılması üçün “Evrodizayn” QSC-ə 399 min 900 manat ödəyəcək. //APA