-
- 28-02-2020, 14:13
- 1 176
10 evdən oğurluq edən keçmiş məhkum ƏLƏ KEÇDİ
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayında və cari ilin fevral ayında rayon ərazisində 10 fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, əvvəllər məhkum olunmuş, Samux rayon sakini, 40 yaşlı Elfaq Süleymanov rayonun Şiştəpə və Aşağı Seyfəli kəndlərindəki evlərə gizli yolla daxil olaraq oradan qızıl zinət əşyaları və müxtəlif məişət əşyaları oğurlayıb. Saxlanılan şəxs ifadəsində həmin kəndlərin sakinlərinin Rusiyada Federasiyasında olduqlarını bildiyini və ona görə oğurluq üçün həmin kəndləri seçdiyini bildirib. Oğurlanan əşyaların bir qismi maddi sübut kimi istintaqa təqdim edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.