Azərbaycanda imam məsciddə qucaqlaşmağı QADAĞAN ETDİ
    • 28-02-2020, 16:02
    • 928

Azərbaycanda imam məsciddə qucaqlaşmağı QADAĞAN ETDİ

Bu gün "Əjdərbəy" məscidində cümə namazına toplaşan insanlara xəbərdarlıq edilib. 

News24.az xəbər verir ki, sözügedən məscidinin imam-xətibi Hacı Salman Musayev möminlərə görüşərkən qucaqlaşmamağı tapşırıb. 

O qeyd edib ki, koronavirus təhlükəsi aradan qalxanadək mömiinlər bu cür ünsiyyətdən çəkinsinlər.  

Qeyd edək ki, məscidlərdəki cümə namazlarında yüzlərlə insan iştirak edir və onlar salamlaşarkən qucaqlaşırlar. 

Afaq Mirayiq