Məktəblərdə dərslər dayandırıla bilərmi? - RƏSMİ AÇIQLAMA
    • 28-02-2020, 17:37
    • 1 213

Məktəblərdə dərslər dayandırıla bilərmi? - RƏSMİ AÇIQLAMA

Azərbaycan Təhsil Nazirliyi koronavirus təhlükəsinə görə ümumi təhsil müəssisələrində dərslərin dayandırılacağı ehtimalı ilə bağlı açıqlama verib.

Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov məsələ ilə bağlı bunları bildirib:

"Fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir". /Report/