-
- 2-03-2020, 11:41
- 809
Məktəblərdə dərslər dayandırılsın? – EKSPERTLƏR
Dünyanı cənginə alan koronavirus epidemiyasının qeydə alındığı əksər ölkələrdə orta və ali mətkəblərdə dərslər müvəqqəti olaraq dayandırılıb. Azərbaycanda bu virusdan ölüm halı qeydə alınmasa da, önləyici tədbirlər baxımından dərslərin dayandırılması təklif edilir.
Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, bu virusun məktəblər və məktəblilər üçün nə dərəcədə təhlükəli olmasına baxılmalıdır:“Rəsmi məlumatlar verilməlidir ki, həqiqətən də nə qədər adamda yoluxma olduğu məlum olsun. Məncə, bundan sonra qərar vermək olar. Əgər rəsmi məlumatlarda deyildiyi kimi, həqiqətən də yoluxma ancaq 3-4 nəfərdə qeydə alınıbsa, dərslərin dayandırılmasına ehtiyac yoxdur”.
Ekspert Etibar Əliyev də hesab edir ki, bu, nazirlər Kabineti yanında Operativ Qərargahın rəyindən asılıdır:“Narahatlığı nəzərə alaraq, artıq Təhsil Nazirliyi də bu haqda düşünür. Çünki nazirlik məsələni diqqətdə saxlayır və yoluxma halının məktəblərdə qeydə alınmadığını düşünərək, hələ də tətillə bağlı qərar vermir. Dərslərin dayandırılması elə də asan məsələ deyil. Məncə, dərslər dayandırılmamışdan əvvəl Təhsil Nazirliyi ilə Səhiyyə Nazirliyi birgə monitorinq keçirməli, vəziyyəti qiymətləndirməlidir. Monitorinqin nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir. Həmçinin hesab edirəm ki, qurumlar məktəbliləri, onların valideynlərini və müəllimləri məlumatlandırmalıdır ki, narahatlığa heç bir əsas yoxdur. Bu da yarana biləcək ajiotajı aradan qaldıra bilər. Ümumilikdə isə hesab edirəm ki, hələ məktəblərdə yoluxma qeydə alınmayıbsa, məktəblər üçün təhlükə yoxdursa, dərslərin dayandırılmasına ehtiyac yoxdur”.
Təhsil eksperti Elçin Əfəndi isə hesab edir ki, indiki durumda ən məntiqli qərar məktəblərin bağlanması olardı:“Təhsil Nazirliyi qərargah yaradıb. Bunu yalnız o vaxt etmək olar ki, şagirdlərin davamiyyət göstəriciləri aşağı düşsün. Təhsil haqqında qanunda dərslərin müəyyən səbəblərə görə dayandırılması haqqında müddəa var. Amma hazırda o müddəalara cavab verən durum yoxdur. Yalnız ölkədə virusun təhlükəliliyini nəzərə alaraq fövqəladə vəziyyət elan olunarsa, o zaman dərslər dayana bilər”.
Təhsil eksperti Nadir İsrafilov isə bildirib ki, hazırda məktəblərin bağlanması o qədər də real görünmür:“Düzdür, bir sıra ölkələr koronavirus təhlükəsi ilə bağlı belə addımı atıb. Bizdə real vəziyyət təhlükədən daha çox panika xarakteri daşıyır. Bir də biz indidən məktəbləri bağlasaq, Novruz bayramından sonra nələr baş verəcəyini haradan bilə bilərik?! Əgər belə bir addım atmaq zərurəti yaransa, bunu ilk növbədə ali məktəblərdən başlamaq lazımdır. Çünki bizdə xeyli sayda xarici tələbə var və ayrı-ayrı universitetlərimiz xarici ölkələrlə müəyyən əməkdaşlıq mübadilələri həyata keçirir.
Onu da nəzərə almaq lazımdır ki, məktəblə yanaşı valideynlərdən də çox şey asılıdır. Vəziyyətin kəskinləşməsinin qarşısının alınması, daha gərgin xarakter almaması məqsədilə yaxşı olar ki, valideynlər övladlarında hər hansı narahatlıq hiss etdikdə, halsızlıq, xəstəlik əlamətləri gördükdə ev şəraitində və ambulator müayinə altında saxlasınlar. Sadəcə olaraq, təhsil müəssisələrinin dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchizatına diqqət yetirməli, ümumi təhsil müəssisələri tərəfindən təşkil olunan kütləvi tədbirlər məhdudlaşdırılmalıdır.
Onu da xatırladım ki, Nazirlər Kabinetinin 24.02.2020-ci il tarixli 66 nömrəli Qərarına görə, fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarı əsasında həyata keçirilir”. /ONN media/