Bakıdan Ankaraya uçan təyyarə yarı yoldan GERİ QAYITDI
    • 29-02-2020, 10:30
    • 810

Bakıdan Ankaraya uçan təyyarə yarı yoldan GERİ QAYITDI

Bu gün saat 10:35-də Bakıdan Ankaraya yola düşən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-003 nömrəli reysinin kapitanı texniki səbəblərə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmağa qərar verib. 

Bu barədə AZAL-dan məlumat verilib.

Bildirilib ki, təyyarə saat 11:05-də Bakının hava limanına uğurlu eniş edib. İlkin məlumata görə, reys saat 12:30-a qədər gecikir. /Report/