ETSN yaz ağac əkininə start verdi
    • 29-02-2020, 14:53
    • 771

ETSN yaz ağac əkininə start verdi

“Təbiət könüllüsü, yaz əkininə sən də qoşul!” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 3 mart 2020-ci il tarixində yaz ağac əkini mövsümünə start verildi.

Nazirliyin mətbuat katibi İradə İbrahimova News24.az-a bildirib ki, Novruz bayramının od çərşənbəsi günündə Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində Nazirliyin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ağacəkmə aksiyası keçiriləcək.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi ictimaiyyət nümayəndələrini yaz ağacəkmə aksiyalarında iştiraka dəvət edir”.