Yaz ağac əkini davam edir
    • 18-03-2019, 10:56
    • 906

Yaz ağac əkini davam edir

“Bu yaz özün bir təbiət yarat!” devizi altında  Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən respublikanın rayonlarında da yaz ağacəkmə aksiyaları davam edir.  

ETSN-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Oğuz, Şəmkir və Tovuz rayonlarında keçirilən aksiyalarda Nazirliyin Regional Meşə Təsərrüfatı Mərkəzlərinin və yerli idarəetmə orqanlarının əməkdaşları tərəfindən ümumilikdə 10 hektar ərazidə  5500 ədəd müxtəlif meyvə və meşə cinsli ağac əkilib. 

Yaz ağac əkini aksiyaları respublikanın digər rayonlarında da davam etdirilir.