Özəl bağçalar və özəl məktəblər də bağlandı - Təhsil Nazirliyindən AÇIQLAMA
    • 2-03-2020, 17:25
    • 2 249

Özəl bağçalar və özəl məktəblər də bağlandı - Təhsil Nazirliyindən AÇIQLAMA

Özəl bağçalar və özəl məktəblərdə də 2020-ci ilin mart ayının 3-dən 9-dək təlim və tədris dayandırılır. 

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilir ki, mülkiyyətindən asılı olmayaraq Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələr fəaliyyətini dayandırır.   

Qeyd edək ki, Nazirlər Kabinetinin yanında operativ qərargahdan News24.az-a bildirilib ki, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.

Bu müddət ərzində Təhsil Nazirliyinə və tabeliyində təhsil müəssisələri olan müvafiq icra hakimiyyəti orqanlarına bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.

Afaq Mirayiq