-
- 2-03-2020, 20:48
- 1 388
Azərbaycan-Türkiyə hökumətlərarası komissiyanın tərkibi dəyişdi
Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi təsdiqlənib.
News24.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamla Komissiyanın üzvləri sırasından “Vergilər nazirinin müavini və Nazirlər Kabineti Aparatının rəhbəri” sözləri çıxarılıb. “Nazirlər Kabineti Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri (məsul katib)” sözləri isə “Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri (məsul katib)” sözləri ilə əvəz edilib.
Sərəncamla Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi aşağıdakı kimi formalaşdırılıb:
Komissiyanın həmsədri
Azərbaycan Respublikasının Baş naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının energetika naziri
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Azərbaycan Respublikasının mədəniyyət naziri
Azərbaycan Respublikasının təhsil naziri
Azərbaycan Respublikasının səhiyyə naziri
Azərbaycan Respublikasının gənclər və idman naziri
Naxçıvan Muxtar Respublikasının Baş naziri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri
Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri (məsul katib).