Mindən artıq uşaq valideyn himayəsindən MƏHRUM QALDI
    • 3-03-2020, 12:09
    • 993

Mindən artıq uşaq valideyn himayəsindən MƏHRUM QALDI

Hazırda Azərbaycanda valideyn himayəsindən məhrum olan 1000-dən çox uşaq var ki, onların da yalnız 40-50-si övladlığa verilmək üçün münasibdir. 

News24.az-ın məlumatına görə, bunu Əmək və əhalinin sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsisteminin təqdimatında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, ö vladlığa götürülmə ilə bağlı edilən müraciətlər daha çox böyük şəhərlərin payına düşür:"Biz düşünürük ki, bu şəhərlərdə valideyn himayəsindən məhrum olan uşaqların sayı daha çoxdur. Faktiki olaraq , bu uşaqlar valideynləri tərəfindən atılıb, amma hazırda onların övladlığa götürülməsi üçün bəzi hüquqi addımlar atılmalıdır. Bu uşaqların övladlığa götürülməsinin mümkün olması üçün sənədlər qaydaya salınmalıdır". 

Nazir müavini qeyd edib ki, son illər ərzində ildə 700-800 uşaq övladlığa verilib. Lakin keçən il övladlığa verilmə sistemindəki dəyişiklik və keçid dövrü olduğu üçün bu say azalaraq 140-a enib".

A.Kərimov əlavə edib ki, ötən ilin noyabrın 1-dən (ƏƏSMN-də övladlığa götürülmə ilə bağlı alt sistem fəaliyyətə başlayıb) bu günə qədər 400-dən artıq vətəndaş övladlığagötürmə ilə bağlı müraciət edib.

A.Kərimov bildirib ki, Azərbaycanda uşaqların övladlığa götürülməsi ilə bağlı müraciətlər daha çox uşaqların qohumları tərəfindən edilir.

Afaq Mirayiq